Milli Məclisin komitə iclasları başlayır

Milli Məclisin komitə iclasları başlayır
Bu gündən Milli Məclisin payız sessiyasının komitə iclasları başlayır.

Sfera.az-ın xəbərinə görə, sessiya çərçivəsində ilk olaraq parlamentin Elm və təhsil komitəsinin toplantısı keçiriləcək.

Onlayn qaydada keçiriləcək iclasın gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.

2. Milli Məclisin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

OXŞAR XƏBƏRLƏR