“Bu, Rusiya sülhməramlılarının taktiki təlimlərinə cavab idi” - Politoloq

16:28 / 07.09.2021
1762
"Türkiyə-Azərbaycan
hərbçilərinin Laçın rayonunda döyüş atışlı taktiki təlimlərinin keçirilməsi bir
neçə istiqamətdə mesaj xarakterlidir".
Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə
deyib. Politoloq təlimlərin keçirilmə səbəbini aşağıdakı kimi sıralayıb:
"Birinci, Türkiyə hərbiçiləri artıq işğal
olunmuş ərazilərdədir. İkincisi, bir müddət bundan əvvəl qeyd edilirdi ki, Türk
hərbi kontingenti Azərbaycani tərk edir. Amma məlum olur ki, nəinki tərk etməyiblər,
hətta türk hərbçiləri Laçın dəhlizinin bir addımlığında dayanıb.
Üçüncüsü, bu təlim bir neçə gün bundan əvvəl Rusiya
sülhməramlı qüvvələrinin dəhlizdə taktiki təlimlərinə cavab idi. Dördüncü, Azərbaycan
bununla mesaj verdi ki, Laçın dəhlizini bağlaya bilər və burada da Türkiyə Azərbaycanla
birgə hərəkət edəcək.
Əzizə Zeynal
Sfera.az