“Hikmət Hacıyevin açıqlaması həm Kremlə, həm də Qərbə mesaj idi...” - Politoloq

13:46 / 06.09.2021
2549
"Sülhməramlıların mandat məsələsini uzatmaqla müəyyən
mənada Rusiyaya təzyiq edirik”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan
Prezidentinin köməkçisi Hikmət Hacıyevin "Qarabağda Rusiya sülhməramlılarının
mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müzakirələr davam
edir” fikrinə münasibət bildirərkən, politoloq Natiq Miri deyib:
"Hazırda məsələnin intensiv müzakirə predmeti
olduğunu hesab etmirəm. Düşünürəm ki, Hikmət Hacıyev bu fikirləri Rusiya rəhbərliyinin
diqqətinə çatdırmaq üçün səsləndirib. Məsələ müzakirə predmeti olsaydı, 10
noyabrdan ötən 300 gün ərzində sülhməramlıların statusu məsələsi müəyyənləşərdi.
Deməli, 10 noyabr sənədində ciddi qüsurlar var”.
Politoloq qeyd edib ki, status məsələsinin havadan
asılı qalması Moskvanın mövqeyini zəiflədir:
Bununla yanaşı həmsöhbətimiz hesab edir ki, sülhməramlıların
fəaliyyət çərçivəsinin sərhədləri
müəyəynləşməlidir:
"Rusiya sülhməramlıları həddi aşan davranışları ilə
Azərbaycan ictimaiyyətində qıcıq yaradıb. Onlar sülhməramlı çətiri altında Qarabağda
yaşayan ermənilərə müxtəlif xidmətlər göstərir, burada hərbi təlimlər keçirirlər.
Suallar çoxdur, cavabın olmaması isə statusun müəyyənləşməməsilə bağlıdır”.