ABŞ hərbi eksperti: "Azərbaycan və Gəncə Dəhlizinin əhəmiyyəti bir daha ortaya çıxdı" - FOTO

ABŞ hərbi eksperti:
ABŞ mərkəzli nüfuzlu düşüncə quruluşu olan "Heritage” Fondunun Xarici Əlaqələr üzrə direktoru Luke Coffey Əfqanıstanda cərəyan etmiş sonuncu hadisələr fonunda "Twitter" sosial media platformasındakı hesabından Azərbaycanla bağlı paylaşım edib.
 
Sfera.az bildirir ki, paylaşımda o, NATO və ABŞ-ın Əfqanıstandan çəkilməsi nəticəsində Azərbaycan və Gəncə Dəhlizinin əhəmiyyətinin bir daha ortaya çıxdığını ifadə edib.

Hərbi ekspert Əfqanıstan və Mərkəzi Asiya regionuna çıxış üçün Rusiya və İrandan keçməyən strateji əhəmiyyətə malik yeganə koridorun Azərbaycan və Gəncə Dəhlizi olduğunu vurğulayıb.

"NATO-nun bu iki C-17 nəhəng yük təyyarəsinin Rusiya və İran hava məkanından yan keçməsi üçün yalnız bir seçimi var idi: Azərbaycan və Gəncə Dəhlizi (Avrasiya quru ərazisindəki ən strateji yerlərdən biri)", - deyə ekspertin paylaşımında qeyd edilib.
 

 


Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR