Rusiyada qar uçqunu oldu, 12 nəfərdən xəbər yoxdur

Dünya
16:32 / 18.01.2021
2659
Rusiyanın Qaraçay-Çərkəz Respublikasında qar uçqunu baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə Mussa-Açitara dağında xizək yolunda qeydə alınıb.
İlkin məlumatlara görə, uçqunun altında 12 nəfərədək şəxsin qaldığı ehtimal olunur.
Hadisə yerində axtarış-xilasetmə işlərinin aparılması üçün hazırlıq gedir.