İƏT də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını pislədi

İƏT də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını pislədi
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını pisləyib və iki ölkə arasında münaqişənin siyasi həllinə çağırıb.
 
Sfera.az bildirir ki, bu barədə "Anadolu” agentliyi xəbər verib.

"İƏT Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən dəfələrlə törədilmiş təxribatları və təcavüzü qətiyyətlə pisləyir, Azərbaycan Respublikası ilə həmrəy olduğunu bir daha bəyan edir”, - İƏT-in bəyanatında deyilir.

Təşkilatda BMT-nin Dağlıq Qarabağla bağlı müvafiq qətnamələrinin yerinə yetirilməsinin zəruriliyini vurğulanıb.

"İƏT Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinin pozulmazlığına hörmət əsasında iki ölkə arasında münaqişənin siyasi həllinə nail olmaq üçün erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasına və dialoqa çağırır”, - İƏT-də bildiriblər.

İƏT-in Baş Katibliyi Ermənistanın təcavüzü nəticəsində həlak olanların ailələrinə, eləcə də Azərbaycan hökumətinə və xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu VERİLDİ - FOTO

“Bilirsiniz ki, üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Be...

“Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi əsas məkandır” – Deputat

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca...

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət etdi - VİDEO 

Xalq artisti Tünzalə Ağayeva Xalq şairi, dramaturq, ictimai xadim Səməd Vurğunun ev-muzeyini ziyarət edib.   Sfera.az xəbər verir ki, pop ulduz bunun...

Latviya Ukraynaya humanitar yardım GÖNDƏRDİ

Latviya Ukraynaya növbəti humanitar yardım göndərib.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.   Bildirilib ki, ya...

Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO

Xalq artisti Flora Kərimova "İnternational Medical Centre" klinikası və plastik-cərrah Sevinc Heydərovanı yenidən məhkəməyə verib.   Sfera....

Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”

  “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində keçirilən b...