İlham Əliyev Gürcüstan prezidenti ilə görüşdü - YENİLƏNİB - FOTO

İlham Əliyev Gürcüstan prezidenti ilə görüşdü - YENİLƏNİB - FOTO

15:38

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 10-da Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Yüksək səviyyəli görüşlər zamanı əldə olunan razılaşmaların və qəbul edilən qərarların icrasının əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirildi. Ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin regional əməkdaşlığın genişləndirilməsi baxımından da önəmi qeyd edildi. Azərbaycan-Gürcüstan dostluq və yaxın qonşuluq münasibətlərinin qədim tarixə və ənənəyə malik olduğu bildirildi, strateji dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğu vurğulandı.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili bu səfəri zamanı da Azərbaycanda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirildiyi bildirildi. Bu tədbirin beynəlxalq və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı qeyd olundu, ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından Forumun mühüm əhəmiyyət daşıdığı vurğulandı.


OXŞAR XƏBƏRLƏR

Xankəndidə yeni yaşayış binaları TİKİLƏCƏK

Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti quruculuq işləri çəricəvəsində yeni yaşayış binaları inşa ediləcək.   Sfera.az xəbər verir ki...

Prezident 1 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələri...

Həmin uşaqların müavinəti niyə kəsilib? - Rəsmi açıqlama

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün​ olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu&...

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq ...

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...