Mehriban Əliyeva: \"Azərbaycan ilə Bolqarıstan tarixən bir-birinə yaxın olub\" - FOTO

Mehriban Əliyeva: \

Martın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Bolqarıstanın ölkəmizdəki səfiri xanım Maya Xristova ilə görüşü olub.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunda Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanı görməkdən şad olduğunu deyən Mehriban Əliyeva Azərbaycan-Bolqarıstan əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə etdi, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri vurğuladı. Birinci xanım Mehriban Əliyeva ölkələrimizin və xalqlarımızın tarixən bir-birinə yaxın olduğunu qeyd edərək, münasibətlərimizin həm dövlət başçıları, həm hökumətlər, həm də xalqlar arasında yüksək səviyyədə olduğunu vurğuladı. Bu əməkdaşlıqda Maya Xristovanın əməyini xüsusi qeyd edən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun diplomatik missiyanın rəhbərinin dəstəyi ilə Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpası işlərini həyata keçirdiyini diqqətə çatdırdı. Mehriban Əliyeva bildirdi ki, bununla əlaqədar ötən ilin may ayında Sofiyada "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun konservasiyası və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında saziş imzalanıb. Hazırda bərpa işləri başa çatmaq üzrədir.

Səfir Maya Xristova Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi layihəyə görə təşəkkürünü bildirərək, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi.




OXŞAR XƏBƏRLƏR

Xankəndidə yeni yaşayış binaları TİKİLƏCƏK

Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti quruculuq işləri çəricəvəsində yeni yaşayış binaları inşa ediləcək.   Sfera.az xəbər verir ki...

Prezident 1 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələri...

Həmin uşaqların müavinəti niyə kəsilib? - Rəsmi açıqlama

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün​ olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu&...

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq ...

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...