Qoşulub qaçan qudalarla bağlı şok detallar ortaya çıxdı - Evindən görüntülər - VİDEO

Qoşulub qaçan qudalarla bağlı şok detallar ortaya çıxdı - Evindən görüntülər -  VİDEO
 

Xəbər verdiyimiz kimi bir, neçə gün öncə Ağdaş rayonunda qohum olmağa hazırlaşan qudalar qoşulub qaçıb. 

Sfera.az xəbər verir ki, "Space TV”nin reportajında hadisə ilə bağlı yeni detallar ortaya çıxıb. 

Məlum olub ki, Rizvan Əliyev evdən gedərkən arvadına məxsus telefonu və 3900 manat nağd pul da götürüb. Məsələ münasibətdə olan cütlüyün yazışmalarının ələ keçməsi ilə açılıb.

İllərdir ki, nişanlı olan gənclər toylarına az qalmış belə bir hadisə ucbatından ayrılmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar.



OXŞAR XƏBƏRLƏR