Qızdırması olan 4 şagird imtahana buraxılmadı, 3-ü zala telefon keçirdi

Qızdırması olan 4 şagird imtahana buraxılmadı, 3-ü zala telefon keçirdi
 Dövlət İmtahan Mərkəzi bu gün ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

DİM-dən Sfera.az-a verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.

Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanların təşkil edilməsi üçün 115 imtahan binası, 1 904 imtahan zalı, 115 ümumi imtahan rəhbəri, 312 imtahan rəhbəri, 2 475 nəzarətçi-müəllim, 230 buraxılış rejimi əməkdaşı, 115 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 4 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyunun 19-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq. 11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri il...

Bu qan qrupu olan insanlarda insult riski YÜKSƏKDİR

A qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb.   Sfera.az xəbə...

İlham Əliyev: "Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik"

Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublik...

Prezident: "COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır"

Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçün çox böyük şərəfdir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Pr...

Azərbaycanın mənzil fondu köhnəlib – İllər üzrə bölgü

Azərbaycan əhalisinin əksər hissəsi 1991-ci ildən öncə tikilmiş mənzillərdə yaşayır.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, əhalinin 6...