Qida qəbulunun sayı ilə çəki arasında əlaqə açıqlandı

Qida qəbulunun sayı ilə çəki arasında əlaqə açıqlandı
 

Arıqlamaq istəyən insanların çoxu eyni səhvə yol verirlər. Belə ki, onlar qida qəbulunun sayını gün ərzində cəmi 1-2 dəfəyədək azaldırlar. Lakin onlar bu halda nəinki arıqlaya bilmirlər, hətta belə rasionla əksinə kökələ də bilərlər.

Əslində, qida qəbullarının sayının azaldılması sağlam qidalanmanın baza qaydalarının kobud şəkildə pozulmasıdır. Bu, arıqlamağa kömək etmir, belə ki, qidanın qəbulları arasında zaman kəsiyi nə qədər çox olursa, daim aclıq hissi bir o qədər yüksək olur ki, buna da qana qrelin kimi müvafiq hormonların ifrazı və hipotalamusda yerləşən qida mərkəzinin qıcıqlanması səbəb olur. Məhz buna görə gündə iki dəfə yemək yeyən insanlar, 4-5 dəfə yeyənlərə nisbətən nəticədə daha çox kalori qəbul etmiş olurlar. Bu səbəbdən də, arıqlamaq, həmçinin çəkinin saxlanılması üçün məhz gündə 4-5 dəfə yemək lazımdır.

 

Mütəxəssislərin sözlərinə əsasən, aclıq zamanı orqanizm xüsusi rejimə keçir. Bu vaxt hər kalori ehtiyat üçün piy qatı şəklində yığılıb saxlanılır. Bədən aclığı ekstremal vəziyyət kimi qiymətləndirir və "qara günə” ehtiyat yığmağa başlayır. İnsan tez-tez, lakin az miqdarda yeyirsə, bədəni bunu "təhlükə” kimi görmür və buna görə də, qida ehtiyatı yığmır və daha çox kalori əridir.

Əlbəttə, arıqlamaq üçün yalnız tez-tez yemək kifayət deyil, həmçinin rasionun keyfiyyətini nəzarət altında saxlamaq lazımdır. Un, yağlı, şirin, qızartma xörəkləri mümkün qədər az yemək, meyvə və tərəvəz, həzm proseslərini ləngidən, lakin uzun müddətə toxluq hissi ilə təmin edən tərkibində çoxlu qida lifləri olan məhsullar yemək məsləhətdir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın mənzil fondu köhnəlib – İllər üzrə bölgü

Azərbaycan əhalisinin əksər hissəsi 1991-ci ildən öncə tikilmiş mənzillərdə yaşayır.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, əhalinin 6...

Prezident: "Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var"

Bizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var.   Sfera.az xəbər verir ki, bu sözləri Azə...

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Preziden...

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”

“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50...

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin s...