Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artıra bilər - Ramazanda necə qidalanmalı?

Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artıra bilər - Ramazanda necə qidalanmalı?
Xəbər verdiyimiz kimi Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayır. Bəllidir ki, bir ay boyunca orqanizmin qidalanma və yaşam şərtləri dəyişməli olur.Digər tərəfdən isə, hazırda pandemiya dövrünü yaşayırıq. Bu baxımdan hazırkı zamanda qidalanmaq məsələsi xüsusilə önəm kəsb edir.

Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov Sfera.az -a açıqlamasında qeyd edib ki, Ramazan ayında xüsusilə sahur bütün günün qida və enerji ehtiyaclarını qarşılayacağı üçün çox önəmlidir:

"Karbohidratlar, zülal tərkibli qidalar və bunlardan hazırlanan sahur yeməyi mütləq şəkildə lazımdır. Gün ərzində enerji və əzələ gücünü, o cümlədən maddələr mübadiləsini təmin etmək üçün bizim bu qidalara ehtiyacımız var. Zülal tərkibli qidalar (quru meyvələr, çərəzlər, paxlalı bitkilər) həm toxluq hissi yaradır, həm də gec həzm olunur. Bu da gün ərzində insanın aclığa tələbatını azaltmış olur. Sahurda daha çox ağartı məhsulları (susuzluq olmasın deyə, duzsuz pendirə üstünlük verilməlidir) istehlak etmək lazımdır. Eyni zamanda şorba, tərəvəz yeməkləri ( brokoli, gül kələmi, kök və.s tərəvəzlərdən hazırlanan), ət məhsulları qəbul etmək olar.  Lakin qida rasionunu aşmamaq şərtilə... Digər tərəfdən sahura qədər sudan çox içməyə çalışmalıyıq. Düzdür, bədən tələb etdiyi qədər içməliyik, amma nəzərə alsaq ki, gün ərzində insan susuz qalır, su tərkibli meyvə-tərəvəzlərdən də istehlak etmək olar. Hardasa 700 qrama qədər su içilməlidir ki, metabolizma zəifləməsin”.

A.Salamov deyib ki, oruclu şəxslər qazlı içkilər, işlənmiş ət məhsullarından (duzlu balıqlar, hisə verilmiş toyuq məhsulları, kolbasa, sosiska) uzaq dursalar yaxşıdır: 

"Bunların heç bir qida dəyəri yoxdur və kimyəvi tərkibli olduqlarına görə yenidən acacaqlar. Həmçinin bu qidaların tərkibində duzun miqdarı çox olduğuna görə gün ərzində suya tələbat da artacaq, bu da oruc tutmağı çətinləşdirəcək. Lakin qeyd etdiyim qidaların hamısını birdən yemək olmaz. Yəni məsələn, bu gün ət məhsulundan istifadə ediblərsə, sabah yumurta, toyuq və.s. yesinlər. Günlərə bölərək qidaları istehlak edə bilərlər”.

Müsahibimiz iftarı xurma, quru qaysı və ilıq su ilə açmağı tövsiyə edib:

"Nəzərə alsaq ki, bütün günü ac qalırıq və yeməyə tələbatımız güclü olur, aclıq hissini yatırmaq, daha çox yeyib mədəmizi yükləməmək üçün qeyd etdiyim qida məhsullarından istifadə etmək faydalı olar. İftar açılandan sonra şorba ilə davam edirik. Bu, zövqə görə mərci, toyuq və ya müəyyən tərəvəz şorbaları ola bilər. Tələsmədən yeməliyik və əsas yeməyə dərhal keçmək olmaz. Minimum 15 dəqiqə gözləməli, bir az hərəkət etməli və daha sonra əsas yeməyə başlamalıyıq. Əsas yeməyi isə yaxşı çeynəmək lazımdır. Həzm prosesimizi yaxşılaşdırmaq, mədənin lazımı qədər şirə ifraz etməsi üçün  bu, önəmlidir.  Qatıq, ayran, bu da yoxdursa, kompot mütləq şəkildə süfrədə olmalıdır. Çünki qatıq, ayran həm də susuzluğu aradan qaldıran nemətdir. Lakin bunlar sənaye məhsulu deyil, mütləq orqanik olmalıdır. İçkilərə gəlincə, rəngli, qazlı, enerji içkiləri olmalı deyil. Yaxud normal su, yaşıl və ya bitki tərkibli çayların ( kəkotu, reyhan, sumax çayı və.s) qəbulu da mümkündür”.

Ekspert vurğulayıb ki, yüngül şirniyyatlardan istifadə etmək məsləhətlidir: 

"Yəni sağlam şəkildə hazırlananlar bura daxildir. Məsələn, meyvəli, südlü şirniyyatlara üstünlük verə bilərlər. Ən yaxşısı isə, çayı quru meyvələrlə, çərəzlərlə içməkdir, nəinki, un məmulatlarından hazırlanmış şirniyyatlarla”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri il...

Bu qan qrupu olan insanlarda insult riski YÜKSƏKDİR

A qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb.   Sfera.az xəbə...

İlham Əliyev: "Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik"

Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublik...

Prezident: "COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır"

Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçün çox böyük şərəfdir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Pr...

Azərbaycanın mənzil fondu köhnəlib – İllər üzrə bölgü

Azərbaycan əhalisinin əksər hissəsi 1991-ci ildən öncə tikilmiş mənzillərdə yaşayır.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, əhalinin 6...