Nazirlikdən koronavirus vaksini ilə bağlı ajiotaj yaradanlara ÇAĞIRIŞ

Nazirlikdən koronavirus vaksini ilə bağlı ajiotaj yaradanlara ÇAĞIRIŞ
"Bəzən vətəndaşların narazılıqları vaksin olunmağa gəldikləri zaman növbə gözləmələridir. Qeyd etmək istəyirəm ki, vaksindən öncə bir neçə yoxlanış, məlumatların alınması prosesi bəzən vətəndaşların gözləməyinə səbəb ola bilir. Əsas səbəblərdən biri isə qeydiyyatdan keçməmiş vətəndaşların müraciəti ilə yaranır”.
 
Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə deyib. O bildirib ki, vətəndaşların bir-bir qeydiyyata alınması prosesi gözləmələrə gətirib çıxarır və nəticədə müəyyən narazılıqlara səbəb olur.
 
Qurum rəsmisi həmçinin qeyd edib ki, təkcə COVID-19 vaksini yox, bütün vaksinlərin vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər:
 
"Halsızlıq, qısa müddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır. Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Bu hallar bütün vaksinlər üçün keçərlidir. Hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq”.
 
S.Babazadənin sözlərinə görə, peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur:
 
"Hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurlu şəkildə davam edir. Sağlamlıq şərtləri uyğun olan, strategiyada yer almış hər bir vətəndaş vaksinasiya prosesində iştirak etməlidir. Vaksinasiya ilk növbədə həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq. Vaksinlər bizi ağırlaşma hallarından və ölüm hadisələrindən qoruyaraq səhiyyənin də yükünü azaltmış olacaq. 

Bəzən sosial şəkələrdə paylaşılan yalnış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur. Bəzi səhiflərin izlənmə saylarını artırma məqsədi ilə paylaşdıqları həqiqəti əks etdirməyən yazılar ajiotaja səbəb olur. Bu tip paylaşımlar bəzən ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Həssas mövzuda hər bir vətəndaş yalnız rəsmi məlumatlara inanmalıdır. Yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq KOVID-19-a qalib gəlmək mümkündür”.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR