Kreditlər daha çox hansı sahəyə ayrılır? - Əhalinin borcu artmaqda davam edir
Azərbaycanda banklar və digər kredit təşkilatları tərəfindən 18 milyard manatdan çox kredit verilib. Sfera.az bildirir ki, ayrılan kreditlərin daha çox hissəsini ev təsərrüfatları alıb. 2022-ci ilin aprelin 1-nə olan məlumata əsasən, bütün kreditlərin 51,4 faizi, yəni 9,26 milyard manatı əhaliyə ayrılıb. Rəsmi məlumatlardan bəlli olur ki, əhaliyə verilən kreditlərin həcmi və ümumi kredit qoyuluşunda payı davamlı artır. Belə ki, bir il əvvəl ev təsərrüfatlarının 6,87 milyard manat kredit borcu