Norveç Sərvət Fondu 74 milyard dollar itirdi - BU QAYDALARDAN SONRA

Media
17:10 / 21.04.2022
764
Norveç Sərvət Fondunun aktivlərinin dəyəri bu ilin birinci rübündə 74 milyard dollar azalıb.
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, aktivlərin dəyərdən düşməsinə səbəb Rusiyanın Ukraynanı işğal etməsi və Çində karantin qaydalarının sərtləşdirilməsindən sonra birjalarda yaranan dalğalanmalardır.
Birjalarda dəyər itkisi ilə əlaqədar 1,3 trilyon dollar aktivə sahib olan Sərvət Fondunun sahib olduğu vəsaitlərin dəyəri 4,9 faiz azalıb.
Vasif
Sfera.az