Əcnəbilər Azərbaycan banklarında pullarını niyə artırırlar? - SƏBƏB MƏLUM OLDU
Azərbaycan banklarında yerləşdirilən əmanətlərin təxminən 7 faizi əcnəbilərə məxsusdur. Ötən ilin sonunda bu göstərici 3,2 faiz idi. Sfera.az bildirir ki, əmanət qoyuluşunda əcnəbilərin payının artmasının səbəbi bu ilin fevral və mart aylarında xarici ölkə vətəndaşları tərəfindən banklara böyük məbləğdə pulun yerləşdirilməsidir. Yanvarın sonunda əcnəbilərin əmanətlərinin həcmi 294,1 milyon manat olduğu halda, fevralın sonunda 551,7 milyon manata, martın sonunda 722,5 milyon manata yüksəlib.