Rüstəm Cəbrayılov iş axtarır: "Nə kino çəkilir, nə də reklam, aylıq maaşın yoxdursa..."
"Aylıq maaşı olanları çıxmaq şərtilə, elə bil digərləri üçün həyat dayanıb”. Sfera.az bildirir ki, bunu tanınmış model, aktyor Rüstəm Cəbrayılov deyib. Onun sözlərinə görə, dekabr ayından bu yana, demək olar ki, ölkədə nə kino çəkilir, nə də reklam: "Ondan əvvəl də vəziyyət ürəkaçan deyildi. Nə edək, biz də indi aylıq maaşı olan bir iş tapıb 16 il çəkdiyimiz əziyyətin bəhrəsini görmədən bu sahənin səhifəsini bağlayaq? Mədəniyyət nazirliyinə də yazmışam, kiçik bir qığılcım belə yoxdu. Teatra işə