Logo

Ramin Hacıyev 3 günə pokerdə 2 827 663 dollar qazandı

Ramin Hacıyev 3 günə pokerdə 2 827 663 dollar qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanlı poker oyunçusu Ramin Hacıyev Triton Poker Super High Roller Series çərçivəsində keçirilən 150 min dollarlıq “10th Anniversary Special” turnirinin qalibi olub.

Sfera.az bildirir ki, R.Hacıyev turnirin final mərhələsində avstriyalı pokerçi Klemens Reiterlə heads-up qarşılaşmasına çıxıb. Rəqiblər arasında razılaşma əldə olunub və Ramin Hacıyev 2 milyon 827 min 663 dollar mükafat qazanıb. O, həmçinin Triton Poker seriyasının 10 illik yubileyinə həsr olunmuş qızıl sikkə ilə təltif edilib.

Qeyd edək ki, Ramin Hacıyev bundan üç gün əvvəl 200 min dollarlıq “Invitational X” turnirinin final masasında da mübarizə aparıb.

R.Hacıyev 2023-cü ildə keçirilən “Invitational” turnirində də qalib olub. Həmin yarışın heads-up mərhələsi də razılaşma ilə başa çatıb.

Beləliklə, Ramin Hacıyev Triton Poker seriyasında qısa müddət ərzində ikinci dəfə heads-up mərhələsində razılaşma əldə edərək titul və böyük mükafat qazanıb.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR