“Liverpul” və “Real Madrid” 60 milyonluq transfer uğrunda yarışır – Hədəfdə eyni futbolçu
Avropanın iki nəhəng futbol klubu qarşıdan gələn transfer pəncərəsi üçün eyni qapıçını hədəfə alıb.
Sfera.az xəbər verir ki, İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” klubları “Brayton”un niderlandlı qapıçısı Bart Verbrüqgenin transferində maraqlıdırlar.
“Football Insider” nəşrinin məlumatına görə, 24 yaşlı futbolçunun gələn ilin yayında komandasını dəyişməsi mümkündür. Onun transfer dəyərinin 50-60 milyon funt sterlinq arasında ola biləcəyi bildirilir.
“Liverpul” Verbrüggendə braziliyalı qapıçı Alisson Bekkerə uzunmüddətli alternativ görür. Klub rəhbərliyi qapıçı mövqeyində gələcək dəyişiklikləri nəzərdən keçirir.
“Real Madrid” isə niderlandlı futbolçunu belçikalı Tibo Kurtuanın gələcək əvəzləyicilərindən biri kimi qiymətləndirir. Madrid təmsilçisi qapıçı mövqeyini uzunmüddətli perspektivdə gücləndirmək niyyətindədir.
Qeyd edək ki, Bart Verbrüggen 2023-cü ildə Belçikanın “Anderlext” klubundan “Brayton”a keçib. Niderland millisinin üzvünün İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Onun transferi ilə “Çelsi” və “Mançester Yunayted” klublarının da maraqlandığı bildirilir. Bununla belə, 60 milyon funt sterlinq rəqəmi rəsmi transfer qiyməti deyil, mütəxəssis qiymətləndirməsidir.
İnci
Sfera.az






