Logo

Avropa qışda qazsız qala bilər

Avropa qışda qazsız qala bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi cəmi 68,97 faizə düşüb.

Sfera.az bildirir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) təşkilatının məlumatlarına istinadən TASS xəbər yayıb.

Noyabrın 26-na olan məlumata görə, bu göstərici son 15 ildə həmin tarix üçün qeydə alınan ən aşağı səviyyədir.

Avropa İttifaqının ən böyük iqtisadiyyatına malik Almaniyada da vəziyyət ürəkaçan deyil. Noyabrın sonuna Almaniyanın qaz anbarlarındakı ehtiyatlar tarixi minimuma – 53,75 faizə enib. Niderlandda isə bu göstərici 56,75 faiz təşkil edir.

Ötən həftə Atlantik okeanında mayeləşdirilmiş təbii qaz (LNG) uğrunda mübarizənin başladığı barədə məlumat yayılmışdı. Belə ki, Avropa ölkələri Asiyaya üz tutan LNG tankerlərini öz limanlarına yönəltmək üçün fəal şəkildə daha yüksək qiymət təklif edirlər. Asiyaya doğru hərəkət edən bəzi tankerlər istiqamətlərini dəyişərək Avropa İttifaqı ölkələrinin sahillərinə üz tuturlar.

Bununla yanaşı, ötən ay Avropada LNG qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə yüksəlib.

“Alfa-Kapital” İdarəetmə Şirkətinin portfel meneceri Dmitri Skryabin Avropa İttifaqı ölkələrinin qaz anbarlarındakı ehtiyatların sürətlə azalması səbəbindən qışın ən soyuq aylarında qazsız qala biləcəyini istisna etməyib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR