Logo

“Kızılcık Şerbeti”ndə ayrılığın əsl səbəbi bəlli oldu – Aktrisa danışdı

“Kızılcık Şerbeti”ndə ayrılığın əsl səbəbi bəlli oldu – Aktrisa danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin məşhur serialı “Kızılcık Şerbeti”ndə baş verən kadr dəyişiklikləri yenidən gündəmə gəlib.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, serialda Sevtap obrazını canlandıran aktrisa Neslihan Yeldan layihədən ayrılmasının səbəblərini açıqlayıb.

Aktrisanın sözlərinə görə, yeni mövsüm başlamazdan əvvəl onun serialdan uzaqlaşdırılması Nilay obrazının hekayədən çıxarılması ilə bağlı olub. Belə ki, ssenari müəllifləri Nilayın anası Sevtapın da serialdakı hekayəsinin başa çatdığını düşünüblər.

Yeldan həmin qərarın onu məyus etdiyini və incitdiyini bildirib. O, obrazının hekayəsinin davam etdirilə biləcəyini düşünsə də, fərqli qərar verildiyini qeyd edib.

Aktrisanın açıqlamasında ən diqqətçəkən məqam isə onu serialdan kimin uzaqlaşdırması ilə bağlı olub.

“Yeni ssenari komandası gələndə prodüser şirkəti dərhal məni geri çağırdı. Məni istəməyən prodüser şirkəti deyil, ssenari komandası idi”, – deyə Yeldan bildirib.

O, seriala qayıtmaq qərarını verməyin də asan olmadığını söyləyib. Həmin vaxt başqa layihələrdən də təkliflər aldığını bildirən aktrisa bir neçə gün seçim etmək barədə düşündüyünü deyib. Nəticədə Sevtap obrazına qayıtmağa qərar verib.

Beləliklə, yeni ssenari komandasının gəlişindən sonra Neslihan Yeldan yenidən “Kızılcık Şerbeti”nin aktyor heyətinə daxil olub və tamaşaçıların qarşısına Sevtap obrazı ilə çıxıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR