Logo

Bu uşaqlara 23 yaşınadək aliment verilsin - Deputatdan TƏKLİF

Bu uşaqlara 23 yaşınadək aliment verilsin - Deputatdan TƏKLİF
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Valideynlərin ali təhsil alan övladlarına universiteti bitirənədək aliment ödəməsi təklif edilir.

Sfera.az xəbər verir ki, bu təkliflə deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

Deputat Ailə Məcəlləsində aliment öhdəliyinə dair müddəalara yenidən baxılmasının vacibliyini vurğulayıb:

“Valideynlərini itirmiş, yaxud valideynlərindən birini itirmiş və digər valideyni əlilliyi olan uşaqlara dövlət büdcəsindən verilən müavinət həmin uşaqlar ali məktəbdə təhsil aldıqları halda 23 yaşınadək davam etdirilir. Amma ailədə nikah pozulduğu halda valideynlər alimenti 18 yaşadək ödəyirlər. Övlad hətta ali məktəbdə oxuduğu halda belə, ona aliment verilmir. Bu məsələ yalnız könüllü qaydada həll oluna bilər. Dövlətimiz bu ağır yükü öz üzərinə götürərək həmin uşağa təhsil aldığı müddətdə 23 yaşınadək müavinət ödəyirsə, nədən valideyn ali məktəbə daxil olan övladına təhsil müddətində aliment verməsin? Mən bunu araşdırmışam. Qardaş Türkiyədə, eləcə də Avropa ölkələrində bu məsələ qanunvericilikdə öz əksini tapır. Nikah pozulduğu halda valideynin övladına ali məktəbi bitirənədək aliment verməsi məcburi öhdəlik kimi müəyyən olunur”.

Məlahət İbrahimqızı məsələnin Milli Məclisin müvafiq komitəsində araşdırılmasına çağırıb.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR