Logo

Avropa liderləri Trampla yeni qarşıdurmaya hazırlaşır

Avropa liderləri Trampla yeni qarşıdurmaya hazırlaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampla bir sıra məsələlər, o cümlədən rəqəmsal vergi, müdafiə sahəsində satınalma qaydaları və Ukraynanın maliyyələşdirilməsi ilə bağlı yeni fikir ayrılıqlarına hazırlaşırlar.

Sfera.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, noyabrın 26-da Aİ-nin büdcəsi ilə bağlı keçirilən müzakirələr siyasi mübahisələrə çevrilib və iştirakçılar yekdil qərara gələ bilməyiblər. Fransa Prezidenti Emmanuel Makron isə rəqəmsal verginin tətbiq edilməsində israrını davam etdirib.

“Fransa bu ideyanı müdafiə edir və 2018-ci ildən bəri bunu edir”, – Makron jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının beynəlxalq vergi razılaşmalarına əməl

etmədiyi üçün Avropanın belə bir vergi tətbiq etməsi tamamilə qanunidir.

Bununla yanaşı, Aİ diplomatları, ekspertləri və qanunvericiləri bildirirlər ki, bir sıra ölkələr ABŞ-lə mümkün qarşıdurmadan əvvəlki dövrlərlə müqayisədə daha az ehtiyat edirlər. Buna səbəb kimi Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlubiyyəti və Ukrayna siyasəti ilə bağlı illərdir davam edən gərginlik göstərilir.

Adının açıqlanmasını istəməyən avropalı diplomat bildirib ki, ABŞ-nin Avropaya qarşı sərt mövqeyinin müəyyən nəticələri olacaq.

“Amerikalılar bizə qarşı aqressiv mövqelərinin bədəlini ödəyirlər. Əgər bunu etməsək, yenə də bədəl ödəyəcəyik. Dəyişiklik məhz burada baş verir”, – diplomat qeyd edib.

Bununla belə, bir sıra Aİ ölkələri Vaşinqtonla münasibətlərin pisləşməsindən ehtiyatlanır və təklif olunan tədbirlərin qarşısını ala bilərlər. Lüksemburqun Baş naziri Lük Friden də cümə axşamı keçirilən görüşə gedərkən rəqəmsal verginin ABŞ-la münasibətlərə mümkün təsiri ilə bağlı müəyyən narahatlıqlarının olduğunu bildirib.

Buna baxmayaraq, bazar ertəsi Aİ səfirlərinin görüşündə rəqəmsal verginin tətbiqinə qarşı çıxan olmayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropa ölkələrini Ukraynada münaqişəni qızışdırmaqda ittiham etmişdi. O, bu açıqlamasında ABŞ Prezidenti Donald Trampın sülhə nail olmağa çalışdığını bildirmişdi.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR