Logo

Tramp: "Putin müharibəni dayandırmaq istəyir"

Tramp: "Putin müharibəni dayandırmaq istəyir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatmasında təkcə Moskva və Kiyevin deyil, NATO-nun da maraqlı olduğunu bildirib.

Sfera.az xəbər verir ki, Tramp bu barədə Floridada hərbçilərlə görüşü zamanı danışıb.

“Düşünürəm ki, Putin müharibənin dayandırılmasını istəyir. Mən belə hesab edirəm. Tanqo oynamaq üçün iki nəfər lazımdır”, – ABŞ prezidenti bildirib.

Tramp Ukraynanın da münaqişənin başa çatmasında maraqlı olduğunu düşündüyünü vurğulayıb. O, NATO-nun da müharibənin sona çatmasını istədiyini qeyd edib.

“Düşünürəm ki, qarşı tərəf də bunun bitməsini istəyir. NATO da bunun sona çatmasını istəyir”, – Ağ Ev rəhbəri əlavə edib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR