Logo

Bu qidalar yaddaş və düşünmə qabiliyyətini zəiflədir

Bu qidalar yaddaş və düşünmə qabiliyyətini zəiflədir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gündəlik qida və içkilərin tərkibində istifadə olunan bəzi süni dadlandırıcıların yaddaş və düşünmə qabiliyyətinə mənfi təsir göstərə biləcəyi müəyyən edilib.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” nəşri məlumat yayıb. Araşdırmalara əsasən, yüksək miqdarda dadlandırıcı istehlak edən orta yaşlı insanlarda yaddaş, nitq və informasiyanı emal etmək qabiliyyətinin daha sürətlə zəifləməsi müşahidə olunub.

Beyin funksiyalarının zəifləməsi ilə əlaqələndirilən dadlandırıcılar arasında aspartam, saxarin, asesulfam-K, eritritol, sorbitol və ksilitol yer alır. Bu maddələr əsasən şəkərsiz qazlı içkilərin, saqqızların, süd məhsullarının və müxtəlif şirniyyatların tərkibində istifadə olunur.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR