Ramin Hacıyevdən möhtəşəm qələbə – 4,8 milyon manatlıq mükafat
Azərbaycanlı Ramin Hacıyev Şimali Kiprdə keçirilən “Triton Poker Series” beynəlxalq poker turnirində birinci olub.
Sfera.az xəbər verir ki, bu barədə turnirin rəsmi instaqram hesabında məlumat yayılıb. Bildirilib ki, turnirdə 78 iştirak qeydə alınıb. Ramin Hacıyevə birinci yerə görə 2 milyon 827 min 663 dollar (təxminən 4,8 milyon manat) mükafat verilib. İkinci yeri avstriyalı Klemens Royter, üçüncü yeri isə britaniyalı Stiven Çidvik tutub. Bu, Hacıyevin “Triton” turnirləri seriyasında üçüncü, Kiprdə isə ikinci birinciliyidir.
Qeyd edək ki, Ramin Hacıyev beynəlxalq poker turnirlərində Azərbaycanı təmsil edən peşəkar poker oyunçusudur. O, müxtəlif ölkələrdə keçirilən turnirlərdə iştirak edib və bir sıra beynəlxalq yarışlarda birincilik əldə edib.
Şahanə Ziyad
Fotolar2





