Logo

Brüsseldə evsizlər böhranı: Küçədə qalanların sayı artır

Brüsseldə evsizlər böhranı: Küçədə qalanların sayı artır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Belçikanın paytaxtı Brüsseldə evsiz insanların sığınacaq problemi kəskinləşib. Sentyabrın 1-dən oktyabrın 31-dək “Samusocial” təşkilatına müraciət edən 3 778 nəfərdən yalnız 382-si müvəqqəti yaşayış yeri ilə təmin olunub. Beləliklə, müraciətlərin təxminən 90 faizi cavabsız qalıb.

Sfera.az xəbər verir ki, məlumata görə, sığınacaqla təmin olunmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 62 faiz artıb.

Təşkilat nümayəndələri sığınacaq mərkəzlərində yerlərin çatışmadığını, aztəminatlı ailələrin isə kirayə mənzil tapmaqda ciddi çətinlik çəkdiyini bildiriblər.

Vəziyyətin ağırlığı səbəbindən bəzi hallarda iki ailə eyni otaqda yerləşdirilir. Hətta daha təcili sığınacağa ehtiyacı olan şəxslərə yer açmaq üçün bəzi ailələrin yenidən küçəyə göndərildiyi bildirilib.

Mütəxəssislər Avropada miqrasiya siyasətinin sərtləşdirilməsinin Belçikada mövcud sığınacaq problemini daha da dərinləşdirdiyini qeyd ediblər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR