Logo

2027-ci ilin şifrəsi açıldı: Bizi nə gözləyir?

2027-ci ilin şifrəsi açıldı: Bizi nə gözləyir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2027-ci ilin yaxınlaşması ilə numeroloqların yeni illə bağlı proqnozları diqqət çəkməyə başlayıb. Rəqəmlərin insan həyatına təsir etdiyinə inanan mütəxəssislər gələn ilin xüsusi enerji daşıdığını, bəzi insanlar üçün isə mühüm dəyişikliklər dövrü ola biləcəyini iddia edirlər.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, gələn il “11/2 ili” hesab olunur.

Numerologiyada 11 rəqəmi xüsusi əhəmiyyət daşıyan “usta rəqəmlər”dən biridir. Bu rəqəm intuisiya, mənəvi oyanış, daxili dəyişikliklər və insan münasibətlərində yeni mərhələlərlə əlaqələndirilir.

Proqnoza görə, 2027-ci ildə insanların şəxsi münasibətlərində, dostluq əlaqələrində və əməkdaşlıqlarında mühüm dəyişikliklər baş verə bilər. Xüsusilə uzun müddətdir həllini tapmayan məsələlərin yenidən gündəmə gələcəyi, bəzi münasibətlərin möhkəmlənəcəyi, digərlərinin isə sınaqdan keçəcəyi bildirilir.

Numeroloqlar 2027-ci ildə 222 və 1111 rəqəmlərinə də xüsusi diqqət yetirirlər. Onların yozumuna əsasən, 222 tarazlıq, münasibətlərdə harmoniya və dəstəklə, 1111 isə yeni başlanğıclar, arzular və şəxsi inkişafla əlaqələndirilir.

Digər maraqlı proqnoz isə doğum tarixləri ilə bağlıdır. “Numinastra” numerologiya platformasının hesablamasına əsasən, müəyyən hesablama üsulunda 2027-ci il altı fərqli doğum tarixi üçün xüsusi “11 şəxsi ili” hesab olunur.

Bunlar 29 iyul, 19 avqust, 28 avqust, 9 sentyabr, 18 sentyabr və 27 sentyabr tarixləridir.

Numeroloji yozuma görə, həmin tarixlərdə doğulan insanlar üçün 2027-ci il yeni ideyalar, gözlənilməz tanışlıqlar, yaradıcılıq imkanları və şəxsi həyatda mühüm qərarlarla yadda qala bilər.

Bundan başqa, numeroloji təqvimdə 2027-ci ilin sentyabr ayı da xüsusi dövr kimi göstərilir. İlin ümumi rəqəmi ilə sentyabr ayının rəqəminin birləşməsi nəticəsində yenidən 11 rəqəmi əldə olunur. Buna görə də sentyabr ayı intuisiya və münasibətlər baxımından ilin diqqətçəkən dövrlərindən biri kimi şərh edilir.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR