Logo

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR - BUNDAN SONRA...

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR - BUNDAN SONRA...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda ikinci əl mənzillərin təkrar satışına münasibətdə ƏDV hesablanması qaydasının dəyişdirilməsi təklif olunur.

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, bina tikintisi ilə məşğul olan və ya mənzil bazarının digər iştirakçısı olan ƏDV ödəyiciləri tərəfindən vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin təkrar satışı zamanı 3 il müddətində ƏDV-nin yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.

Hazırda belə mənzillərin təkrar satışı zamanı ƏDV mənzilin bütün satış dəyərinə tətbiq edilir. Təklif olunan dəyişiklik isə verginin yalnız alqı-satqı arasındakı qiymət fərqindən, yəni satıcının əldə etdiyi ticarət əlavəsindən hesablanmasını nəzərdə tutur. Dəyişikliyin əsas məqsədi ikinci əl mənzil bazarında vergi yükünü azaltmaq, rəsmi satış kanallarının rəqabət qabiliyyətini artırmaq və qeyri-rəsmi dövriyyənin qarşısını almaqdır. Eyni zamanda, bu mexanizmin mənzil bazarında şəffaflığın artırılmasına və uzunmüddətli perspektivdə vergi daxilolmalarının yüksəlməsinə xidmət edəcəyi gözlənilir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR