Logo

UEFA Filipp Dialonun FIFA prezidentliyinə namizədliyini dəstəklədi

UEFA Filipp Dialonun FIFA prezidentliyinə namizədliyini dəstəklədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransa Futbol Federasiyasının prezidenti Filipp Dialonun Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidentliyinə namizədliyini rəsmi şəkildə dəstəkləyib.

Sfera.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, UEFA prezidenti Aleksander Çeferinin rəhbərliyi ilə keçirilən iclasda UEFA İcraiyyə Komitəsinin və FIFA Şurasının tərkibində təmsil olunan Avropa milli assosiasiyalarının nümayəndələri Dialonun namizədliyini yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, Filipp Dialo 2023-cü ildən Fransa Futbol Federasiyasına rəhbərlik edir və UEFA İcraiyyə Komitəsinin üzvüdür.

FIFA prezidentinin seçkiləri 2027-ci ilin martında keçiriləcək.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR