Logo

Kaliforniya qubernatoru Ukraynaya yeni yardım paketi ayırdı

Kaliforniya qubernatoru Ukraynaya yeni yardım paketi ayırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom Ukraynanın Lvov şəhərinə səfər edib və ölkəyə yeni humanitar yardım paketinin ayrıldığını açıqlayıb.

Sfera.az xəbər verir ki, bu barədə qubernatorun ofisinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, yardım çərçivəsində Ukraynanın tibb müəssisələrinə elektrik generatorları, 50 çarpayılıq səhra tibb məntəqəsi, 1300-dən çox xəstəxana çarpayısı, 11 milyondan artıq tibbi sarğı və digər zəruri ləvazimatlar göndəriləcək.

Qeyd olunub ki, artıq avadanlıq və tibbi materialların təhvil verilməsi Kaliforniya qubernatorunun yanında fəaliyyət göstərən Fövqəladə Hallar İdarəsi (Cal OES) vasitəsilə həyata keçirilir. Bu addım münaqişənin ilk aylarında Ukraynaya göndərilmiş beş tibbi məntəqə və fərdi mühafizə vasitələri ilə bağlı yardımın davamıdır.

Səfər zamanı Nyusom Lvov vilayətinin rəhbəri Maksim Kozitski və digər regional rəsmilərlə də görüşüb.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna arasında humanitar sahədə əməkdaşlığın yeni perspektivlərinin yarana biləcəyini bildirmişdi.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR