Logo

Mirzoyan Brüsseldə Azərbaycanla sülhün regional əhəmiyyətindən danışdı

Mirzoyan Brüsseldə Azərbaycanla sülhün regional əhəmiyyətindən danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 16-da Brüsseldə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan “Regionlararası təhlükəsizlik və qarşılıqlı əlaqəlilik” adlı nazirlər görüşü çərçivəsində “Qara dəniz regionunda təhlükəsizlik öhdəliklərinin təşviqi” mövzusunda keçirilən müzakirədə çıxış edib.

Sfera.az bildirir ki, Mirzoyan çıxışında Cənubi Qafqazda bərqərar olan sülhün daha geniş Qara dəniz regionunda iqtisadi inkişafın və qarşılıqlı əlaqələrin təşviqi baxımından əhəmiyyətini vurğulayıb. O, bu istiqamətdə Avropa İttifaqının strateji yanaşmasını vacib hesab etdiyini bildirib.

Nazir 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitinin nəticələri əsasında Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına, regional kommunikasiyaların açılması ilə bağlı əldə edilmiş razılaşmalara və artıq formalaşmağa başlayan iqtisadi əlaqələrə toxunub. O, bunları əldə olunmuş sülhün birbaşa faydaları kimi qiymətləndirib.

Mirzoyan, həmçinin Türkiyə ilə münasibətlərin tam normallaşdırılması və sərhədin açılması istiqamətində davam edən fəal dialoqdan danışıb.

Təhlükəsizliyin digər komponentlərinə toxunan nazir xarici informasiya manipulyasiyaları və müdaxilə cəhdləri də daxil olmaqla, hibrid təhdidlərdən bəhs edib. Onun sözlərinə görə, bu cür təhdidlər suverenliyin zəiflədilməsinə və demokratik institutlara ictimai etimadın sarsıdılmasına yönəlib.

Mirzoyan bu təhdidlərə qarşı mübarizədə eyni mövqeyi bölüşən tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb və Ermənistanın bu istiqamətdə tərəfdaşları ilə birgə işi davam etdirməyə hazır olduğunu bildirib.

Görüşdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos, eləcə də Aİ üzv dövlətlərinin, Ukraynanın, Moldovanın, Türkiyənin və Azərbaycanın xarici işlər nazirləri və ya onların müavinləri də çıxış ediblər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR