Logo

Almaniyanın qaz ehtiyatları martda tükənə bilər

Almaniyanın qaz ehtiyatları martda tükənə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın qaz ehtiyatları 2027-ci ilin martında tamamilə tükənə bilər. Bu barədə Almaniyanın “Focus” nəşri xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, hazırda Avropanın ən böyük iqtisadiyyatına malik Almaniyanın yeraltı qaz anbarları cəmi 58 faiz doludur. Bu göstərici Avropa üzrə orta hesabla 72 faiz təşkil edir.

Məlumata görə, Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi və Yaxın Şərqdən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündə yaranan fasilələr Avropada enerji bazarına təsir göstərib. Fevral ayından etibarən qitədə qazın qiyməti təxminən üç dəfə artıb. Niderlanddakı TTF qaz habında qiymət meqavat-saat üçün 91 avronu ötüb.

Nəşr yazır ki, qışın sərt keçməsi və tədarük problemlərinin davam etməsi Almaniyada enerji çatışmazlığı riskini artıra bilər. Belə bir vəziyyət sənaye müəssisələrinin fəaliyyətini dayandırmasına da səbəb ola bilər. Bahalaşmadan xüsusilə kimya zavodları, gübrə istehsalçıları və digər enerji tutumlu sahələr zərər görür.

Digər risk amili isə Avropanın Rusiya mənşəli mayeləşdirilmiş təbii qazdan imtina etməsidir. Bu məhdudiyyətin yanvar ayından qüvvəyə minəcəyi bildirilir.

Qeyd olunur ki, Almaniyanın qaz ehtiyatlarının gələcək vəziyyəti əsasən hava şəraitindən və idxal imkanlarından asılı olacaq. Mülayim qış mümkün çatışmazlığın təsirlərini azalda, uzunmüddətli şaxtalar isə ehtiyatların daha sürətlə tükənməsinə səbəb ola bilər.

Avropa ölkələri istilik mövsümünün başlanmasından bəri yeraltı anbarlardan qazı rekord sürətlə istifadə edir. Gas Infrastructure Europe təşkilatının məlumatına görə, oktyabrın 28-dən indiyədək anbarlardan təxminən 6 milyard kubmetr qaz çıxarılıb. Bu göstərici son beş ilin eyni dövr üzrə orta səviyyəsindən 1,8 dəfə çoxdur.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR