68 kvadratmetrlik evə cəmi 1,7 dollar ödədi
Çində bir nəfər endirim kampaniyası zamanı iki yataq otağı olan mənzili cəmi 1,7 dollara (təxminən 2,9 manat) alıb.
Sfera.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Məlumata görə, mənzilin sahəsi 68 kvadratmetrdir və ölkənin Heyluntszyan əyalətində yerləşən yaşayış binasının 7-ci mərtəbəsindədir.
Alıcı bildirib ki, mənzilə köçmək niyyətində deyil. O, buradan qış aylarında səfərləri zamanı yaşayış yeri kimi istifadə etməyi planlaşdırır. Bununla belə, mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün təxminən 300 dollar vergi ödəməli olacaq.
Nəşrin məlumatına görə, bu tip mənzillərin bazar dəyəri təxminən 40 min yuan (təqribən 5,7 min dollar) təşkil edir.
Hüquqşünaslar isə xəbərdarlıq ediblər ki, həddindən artıq ucuz qiymətə təklif olunan mənzillərin gizli problemləri ola bilər. Bunlara mülkiyyət hüququ ilə bağlı qeyri-müəyyənlik və ödənilməmiş vergilər daxildir.
Qeyd edək ki, daha əvvəl Rusiyada loft üslubunda təmir edilmiş ən ucuz mənzilin qiyməti 1,85 milyon rubl olaraq açıqlanmışdı. Mənzil Saratov vilayətinin Balaşov şəhərində yerləşir.
Fatimə
Sfera.az






