Logo

Zelenskinin ofisindən xəbərdarlıq: Ukraynanı ağır qış gözləyir

Zelenskinin ofisindən xəbərdarlıq: Ukraynanı ağır qış gözləyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini İrina Vereşçuk ukraynalıları yaxın zamanda sülhün əldə olunacağına ümid etməməyə və çətin qışa hazırlaşmağa çağırıb.

Sfera.az xəbər verir ki, o, bu barədə “Hərtərəfli müdafiə” forumunda çıxışı zamanı danışıb. Məlumatı “Strana.ua” yayıb.

Vereşçukun sözlərinə görə, Rusiyanın Ukraynanın infrastrukturuna məqsədli hücumları nəticəsində bəzi obyektlərin bərpası artıq mümkün deyil. Bu səbəbdən qarşıdan gələn qışın xüsusilə ağır olacağı gözlənilir.

“Bu qış mütləq çətin olacaq. Düşmənin infrastruktura məqsədli zərbələri nəticəsində təəssüf ki, bəzi obyektlər artıq təmirə yararlı deyil. Kiyevlilər üçün çətin olacaqmı? Bəli, çətin olacaq. Buna görə də hazırlaşmalıyıq. Su və imkanımız daxilində digər zəruri ehtiyatları toplamalıyıq”, – deyə o bildirib.

Prezident Ofisinin rəsmisi Əbu-Dabidə keçirilən danışıqların yaxın zamanda sülhlə nəticələnəcəyinə də ümid etməməyə çağırıb. O, bu mövqeyini Rusiyanın hərbi potensialını artırması ilə əsaslandırıb.

Vereşçuk Rusiyanın raket imkanlarının getdikcə genişləndiyini bildirərək Moskvanın sülhə hazırlaşdığına dair fikirlərin reallığı əks etdirmədiyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl münaqişənin başa çatdırılması ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, Ukraynanın Donbasdan çıxması qarşılığında razılaşmanın əldə olunması təklifini qəbul etməyə hazır deyillər.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR