Logo

Nənələrin sevimli aksessuarı yenidən dəbə minir – 2026-cı ilin trendi

Nənələrin sevimli aksessuarı yenidən dəbə minir – 2 026-cı ilin trendi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2026-cı ildə bir vaxtlar köhnəlmiş hesab edilən iri çiçək formalı broşlar və yaxa bəzəkləri yenidən dəbin əsas trendlərindən birinə çevrilib.

Sfera.az xəbər verir ki, bu barədə “Vogue” jurnalının Fransa nəşri yazıb.

Məlumata görə, uzun müddət yaşlı xanımların konservativ geyim tərzi ilə əlaqələndirilən iri çiçək broşları son mövsümlərdə tanınmış moda evlərinin kolleksiyalarında yenidən ön plana çıxıb.

Xüsusilə “Chanel” moda evinin yeni kreativ direktoru Matte Blazi brendin simvolik kameliya çiçəyini fərqli formada təqdim edərək həcmli, zərif ləçəklərə malik broşlar hazırlayıb. “Tom Ford” isə 2027-ci ilin yaz-yay kolleksiyasında dəri gödəkçələr və pencəklər üzərində qırmızı qızılgül formalı bəzəklərdən istifadə edib.

Stilistlər hesab edirlər ki, bu aksessuarı müasir göstərmək üçün onu ənənəvi romantik geyimlərlə deyil, daha fərqli üslublarla birləşdirmək lazımdır. Məsələn, iri çiçək broşları klassik kişi kostyumları, oversayz pencəklər, tüvit və dəri geyimlər, eləcə də zolaqlı parçalarla uyğunlaşdırıla bilər.

Qeyd edək ki, son dövrlər moda dünyasında keçmişin geyim üslublarına maraq da artıb. Avqust ayında gənclərin italyan nənələrinin geyim tərzindən ilhamlanaraq kətan köynəklərə və önlüklərə üstünlük verməsi barədə də məlumat yayılmışdı.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR