Logo

“Mançester Yunayted”də böhran dərinləşir: Kapitan baş məşqçini tənqid etdi

“Mançester Yunayted”də böhran dərinləşir: Kapitan baş məşqçini tənqid etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərənin “Mançester Yunayted” klubunda vəziyyət gərginləşib. Komandanın UEFA Çempionlar Liqasında İtaliyanın “Komo” klubuna böyük hesabla məğlub olması baş məşqçi Maykl Kerrikin gələcəyi ilə bağlı müzakirələri artırıb.

Sfera.az xəbər verir ki, “Mançester Yunayted” səfərdə “Komo”ya 1:4 hesabı ilə uduzub. Görüşdə İngiltərə təmsilçisi artıq ikinci dəqiqədə qapısında qol görüb. İtaliya klubu fasilədən sonra üstünlüyünü artıraraq qarşılaşmanı inamlı qələbə ilə başa vurub. “Yunayted”in yeganə qolunu Coşua Zirkzee əlavə olunmuş dəqiqələrdə vurub.

Kapitanın sözləri gərginliyi artırdı

Matçdan sonra “Mançester Yunayted”in kapitanı Bruno Fernandeş komandanın oyun taktikasını tənqid edib. O, məşqçilər heyətinin rəqibə qarşı fərdi pressinq tətbiq etməmək qərarını düzgün hesab etmədiyini bildirib.

Fernandeşin sözlərinə görə, rəqibə topla oynamaq üçün çox imkan verilməsi onun özünəinamını artırır. Kapitan komandanın daha cəsarətli oynamalı, rəqibə yüksək pressinq tətbiq edərək onun hücum qurmasına mane olmalı olduğunu vurğulayıb.

Baş məşqçi Maykl Kerrik isə Fernandeşin fikirlərinə cavab verib. O, ikinci hissədə fərdi pressinq tətbiq etməyə çalışdıqlarını, lakin bunun nəticəsində də qol buraxdıqlarını bildirib. Kerrik futbolçuların meydanda kifayət qədər mübarizə aparmamasını da tənqid edib.

Kerrikin gələcəyi sual altındadır

“Komo”ya məğlubiyyət “Mançester Yunayted”in qələbəsiz oyunlar seriyasını yeddiyə çatdırıb. Bu nəticələrdən sonra Kerrikin baş məşqçi postunda qalması ilə bağlı suallar artıb.

Baş məşqçi məğlubiyyətdən sonra azarkeşlərdən üzr istəyib və komandanın nümayiş etdirdiyi oyunun qəbuledilməz olduğunu deyib. O, hazırda diqqətini şəxsi gələcəyindən çox komandanın vəziyyətinə yönəltdiyini bildirib.

Qeyd edək ki, “Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi üç oyundan cəmi üç xal toplayıb. Komandanın qarşıdakı oyunlarda nəticələrini yaxşılaşdırıb-yaxşılaşdıra bilməyəcəyi, eləcə də Kerrikin postunda qalıb-qalmayacağı maraq doğurur.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR