Logo

İstanbuldan köçdü, yeni həyatına başladı

İstanbuldan köçdü, yeni həyatına başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli aktrisa Sevda Erginci evləndikdən sonra həyatında yeni səhifə açıb. “Yasak Elma” və “Elkızı” serialları ilə tanınan aktrisa İstanbuldan ayrılaraq İzmirin Urla rayonunda məskunlaşıb.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, memar Efe Saydutla ailə quran aktrisa yeni həyat tərzindən məmnun olduğunu bildirib.

İstanbulda jurnalistlərin suallarını cavablandıran Erginci İzmirin daha sakit olduğunu deyib. O, yeni həyatının necə keçdiyi barədə danışarkən “Sakit və səssiz həyatım var, yaxşı keçir. Kefim yerindədir” ifadələrini işlədib.

İstanbulda doğulub böyüyən Sevda Erginci üçün şəhər dəyişikliyi yeni təcrübədir. Aktrisa daha əvvəl Urla həyatına uyğunlaşmağa çalışdığını, həyatın ritmini yavaşlatmaq və təbiətə daha yaxın yaşamaq istədiyini söyləyib.

Erginci yeni həyatına alışmağın düşündüyü qədər asan olmadığını da vurğulayıb. Buna baxmayaraq, aktrisanın son açıqlamaları İzmirin sakit həyatından məmnun olduğunu göstərir.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR