Logo

Kıvanç Tatlıtuğ Çağatay Ulusoyla bağlı iddialara cavab verdi

Kıvanç Tatlıtuğ Çağatay Ulusoyla bağlı iddialara cavab verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli aktyorlar Kıvanç Tatlıtuğ və Çağatay Ulusoy arasında yaşandığı iddia edilən küsülülüklə bağlı yeni açıqlama gündəmə gəlib.

Sfera.az xəbər verir ki, motosiklet həvəskarı kimi tanınan Kıvanç Tatlıtuğ ötən gün həmkarı Burak Yamantürklə İstanbulun Yeniköy ərazisində motosiklet sürərkən jurnalistlərin suallarına tuş gəlib.

Xüsusi hazırlanmış motosikleti və peşəkar qoruyucu geyimi ilə diqqət çəkən aktyor jurnalistlərin suallarını cavablandırıb.

Uzun müddətdir Çağatay Ulusoyla münasibətlərinin yaxşı olmadığı barədə yayılan iddialar Tatlıtuğa xatırladılıb. Aktyorun bu mövzuya verdiyi cavab diqqət çəkib.

Çağatay Ulusoy və Kıvanç Tatlıtuğ bir müddət əvvəl dəvət olunduqları toy mərasimində uzun fasilədən sonra ilk dəfə birlikdə görüntülənmişdilər. İki məşhur aktyorun səmimi pozlar verməsi aralarında küsülülük olduğu barədə iddiaları yenidən müzakirəyə çıxarmışdı.

Həmin görüntülərdən sonra münasibətlərinin düzəldiyi ehtimal edilsə də, maqazin gündəmində bununla bağlı söz-söhbətlər davam edib.

Hürriyet qəzetinin yaydığı məlumata görə, jurnalistlər Kıvanç Tatlıtuğa Çağatay Ulusoyla münasibətləri barədə yayılan xəbərləri xatırladıblar. Aktyor isə iddialara ironik münasibət bildirərək belə deyib:

“Xəbərlərdəki ssenarilər daha yaradıcıdır”.

Tatlıtuğun bu sözləri onun haqqında yayılan iddialara istehzalı cavab kimi qiymətləndirilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR