İki yaşdan kiçik uşaqlar üçün evtanaziya araşdırmasını tamamladılar

İki yaşdan kiçik uşaqlar üçün evtanaziya araşdırmasını tamamladılar
Kateqoriya məlum deyil
T

Niderlandda ağır və sağalmaz xəstəliklərdən əziyyət çəkən azyaşlı uşağın evtanaziyası ilə bağlı araşdırma başa çatıb.

Sfera.az xəbər verir ki, “Hart van Nederland” portalının məlumatına görə, Niderland Prokurorluğu 2025-ci ildə iki yaşına çatmamış uşağa tətbiq edilən evtanaziya faktı ilə bağlı yoxlamaları tamamlayıb. Hüquq-mühafizə orqanları həkimlərin müəyyən edilmiş bütün qaydalara uyğun hərəkət etdiyi qənaətinə gəlib və onlara qarşı cinayət işi açılmamasına qərar verib.

Söhbət ağır patologiyalardan əziyyət çəkən oğlan uşağından gedir. O, ciddi beyin zədəsi, epilepsiyanın ağır forması və tənəffüs problemlərindən əziyyət çəkib. 26 həftəlik hamiləlikdən sonra dünyaya gələn uşağın doğulduqdan qısa müddət sonra ciddi sağlamlıq problemləri yaranıb.

Niderlandda 2024-cü ildən qüvvədə olan yeni qaydalara əsasən, müstəsna hallarda 1-12 yaş arasında olan uşaqlara da evtanaziya tətbiqinə icazə verilir. Bunun üçün valideynlərin razılığı və uşağın dözülməz və sağalmaz iztirablar yaşaması tələb olunur. Əvvəllər bu prosedur yalnız bir yaşadək körpələr və 12 yaşdan yuxarı yeniyetmələr üçün müəyyən edilmişdi. Qaydalar genişləndirilərkən ildə maksimum beş belə halın qeydə alınacağı proqnozlaşdırılmışdı. Yeni prosedur sağalmaz xəstəliyi olan və ömrünün çox az qaldığı uşaqlar üçün nəzərdə tutulub.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR