Bakıda avtobus piyadanı vurdu

Bakıda avtobus piyadanı vurdu
Kateqoriya məlum deyil
T

Bakının Abbas Mirzə Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan sərnişin avtobusu piyadanı vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Hadisə səbəbindən nəqliyyat vasitəsi yolun ortasında dayanıb. İlkin görüntülərdə avtobusun altında xəsarət alan şəxsin olduğu və ərazidə qan izlərinin göründüyü müşahidə edilir.

Yaralının vəziyyəti və hadisənin dəqiq səbəbləri barədə hələlik rəsmi məlumat yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR