Logo

Azərbaycanın bu ölkələrlə viza prosesi sadələşdirilə bilər

Azərbaycanın bu ölkələrlə viza prosesi sadələşdirilə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə viza prosedurlarının sadələşdirilməsi məsələsini gündəmdə saxlayır.

Bu istiqamətdə Litvanın dəstəyi və Aİ çərçivəsində müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, viza liberallaşdırılması siyasəti Avropa İttifaqının ümumi qaydaları əsasında həyata keçirilsə də, üzv dövlətlərin bu məsələdə mövqeyi xüsusi əhəmiyyət kəsb edir.

C.Bayramov qeyd edib ki, Litvanın 2027-ci ildə Avropa İttifaqı Şurasına sədrlik etməsi sözügedən məsələnin gündəliyə gətirilməsi üçün əlavə imkan yarada bilər.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları müxtəlif məqsədlərlə Avropa ölkələrinə səfər edirlər. Eyni zamanda, Aİ ölkələrinin vətəndaşlarının Azərbaycana səfərləri zamanı da müvafiq viza prosedurları tətbiq olunur. Nazir viza məsələsində qarşılıqlı faydalı yanaşmanın formalaşdırılmasının, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə səfərləri ilə bağlı prosedurların asanlaşdırılması istiqamətində müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR