Qarabağda 600 yeni iş yeri yaradılacaq
Kateqoriya məlum deyil
Litva şirkəti “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında mebel istehsalı müəssisəsi qurur.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, müəssisənin fəaliyyətə başlaması 600 yeni iş yerinin yaradılmasına imkan verəcək.
C.Bayramov, həmçinin görüş zamanı nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanlarının, Bakı Ticarət Limanının mövcud potensialının və onun genişləndirilməsi planlarının müzakirə edildiyini diqqətə çatdırıb.
Şahanə Ziyad
Sfera.az
Açar sözlər:






