SpaceX-in Starship gəmisi ilk dəfə orbitə çıxdı

"SpaceX" şirkətinin “Starship” kosmik gəmisi 14-cü sınaq uçuşu zamanı ilk dəfə orbitə çatıb.
Sfera.az xəbər verir ki, uçuş bazar ertəsi həyata keçirilib. Uçuşun başlanğıc mərhələsində mühərriklərdən birinin vaxtından əvvəl sönməsinə baxmayaraq, “Starship” orbitə çıxmağı bacarıb.
Kosmik gəmi daha sonra 26 yeni nəsil “Starlink” peykini orbitə buraxıb. Bu, yeni nəsil peyklərin ilk orbital yerləşdirilməsi olub.
"SpaceX" uçuşun təxminən 10 saat davam etməsini planlaşdırsa da, idarəetmə mərkəzi missiyanı təxminən üç saat sonra dayandırıb.
Daha sonra “Starship” Sakit okean üzərindən atmosferə daxil olub və Havay adalarının şimalında suya enib.
Uçuş SpaceX üçün nəhəng kosmik gəminin imkanlarının növbəti sınağı olub. Şirkət gələcək kosmik missiyalar üçün “Starship” sistemini inkişaf etdirməyə davam edir.
İnci
Sfera.az






