Dekabrın 10-u və 12-si ilə bağlı XƏBƏRDARLIQ
Noyabrın sonu və dekabrın ilk yarısı astroloji baxımdan diqqətçəkən dövr olacaq. Xüsusilə dekabrın 10-13-də Saturn və Neptun düz hərəkətə başlayacaq, Yupiter isə retrograd fazaya keçəcək.
Bu dəyişikliklərin bəzi bürclər üçün yarımçıq qalan işlərə qayıtmaq, planları yenidən nəzərdən keçirmək və mühüm qərarlar vermək dövrü olacağı ehtimal edilir.
Sfera.az xəbər verir ki, astroloji təqvimə əsasən, Saturn dekabrın 10-da, Neptun dekabrın 12-də düz hərəkətə başlayacaq. Yupiter isə dekabrın 12-də retrograd fazaya keçəcək və bu vəziyyət 2027-ci il aprelin 12-dək davam edəcək.
Yupiter retrosu hansı dəyişiklikləri vəd edir?
Astrologiyada Yupiter genişlənmə, inkişaf, maliyyə, təhsil, karyera və yeni imkanlarla əlaqələndirilir. Onun retrograd hərəkəti isə bu sahələrdə əvvəlki qərarların yenidən nəzərdən keçirilməsi, yarımçıq qalan planların tamamlanması və şəxsi hədəflərin təhlili dövrü kimi şərh olunur.
Yupiter bu dəfə Şir bürcündə retrograd olacaq. Astroloji yozumlara görə, bu müddətdə insanlar özlərini ifadə etmək, liderlik, yaradıcılıq və şəxsi ambisiyalarla bağlı məsələlərə daha çox diqqət ayıra bilərlər.
Saturn və Neptunun düz hərəkəti nə deməkdir?
Dekabrın 10-da Saturnun retrograd hərəkətini başa çatdırması astrologiyada məsuliyyət, intizam, iş və uzunmüddətli hədəflərlə bağlı məsələlərdə irəliləyiş mərhələsi kimi qiymətləndirilir.
Dekabrın 12-də Neptunun da düz hərəkətə başlaması ilə bağlı isə astroloji şərhlərdə qeyri-müəyyənliklərin aradan qalxması, şəxsi istəklərin və gələcək planların daha aydın görünməsi vurğulanır.
Bürcləri nə gözləyir?
Astroloji şərhlərə əsasən, dekabrın ikinci yarısı bütün bürclər üçün planları yenidən nəzərdən keçirmək və gələn ilə hazırlıq dövrü ola bilər. Xüsusilə Yupiterin Şir bürcündə retrograd hərəkəti od ünsürünə aid Şir, Qoç və Oxatan bürclərinin diqqətini şəxsi hədəflərə, karyeraya və özünüifadəyə yönəldə bilər.
Şir bürcləri yarımçıq qalmış layihələrə qayıda, Qoçlar gələcək planlarını yenidən qiymətləndirə, Oxatanlar isə təhsil, səyahət və inkişafla bağlı qərarlarını gözdən keçirə bilərlər.
Digər bürclər üçün də bu dövr maliyyə, münasibətlər və iş həyatında əvvəlki qərarları təhlil etmək baxımından əhəmiyyətli hesab olunur.
Qeyd edək ki, planetlərin retrograd və düz hərəkəti astronomik hadisədir. Bürclərə təsirləri ilə bağlı deyilənlər isə astrologiyaya əsaslanan yozumlardır və elmi proqnoz hesab edilmir.
İnci
Sfera.az






