Yeni nəslin nümayəndələri internetdə ən çox bu sözləri axtarır

Yeni nəslin nümayəndələri internetdə ən çox bu sözləri axtarır
Kateqoriya məlum deyil
T

“Gen Alpha” nəslinin istifadə etdiyi və sosial mediada geniş yayılan jarqon ifadələrə maraq 2026-cı ildə də davam edir.

“Unscramblerer” tərəfindən aparılan araşdırmada yanvar-avqust ayları ərzində “Google” axtarış trendləri təhlil edilərək bu il ən çox axtarılan “Gen Alpha” jarqon sözləri müəyyənləşdirilib.


Sfera.az xəbər verir ki, “Gen Alpha”yəni "Alfa geni" 2010-2024-cü illər arasında doğulan nəsli əhatə edir. Bu nəslin istifadə etdiyi bir sıra ifadələr əvvəlki nəsillər üçün anlaşılmaz səslənsə də, sosial media və internet vasitəsilə geniş yayılıb.

Araşdırmanın nəticələrinə əsasən, 2026-cı ildə ən çox axtarılan ifadə “6-7” olub. Mənası konkret olmayan “6-7” ifadəsinin Skrilla-nın “Doot Doot (6 7)” mahnısı ilə əlaqəli olduğu bildirilir. İfadə basketbol oyununda çəkilmiş görüntülərdən sonra geniş yayılıb və adətən əllərin yuxarı-aşağı hərəkəti ilə müşayiət olunur. “6-7” ifadəsi 2025-ci ildə Dictionary.com tərəfindən “İlin sözü” seçilib.


İkinci yerdə “chud” ifadəsi qərarlaşıb. Əvvəllər 1984-cü ildə çəkilmiş “C.H.U.D.” qorxu filmindəki “Cannibalistic Humanoid Underground Dwellers” ifadəsinin qısaltması kimi tanınan bu söz hazırda əsasən axmaq, çirkin və ya xoşagəlməz insanları təhqir etmək üçün işlədilir.


Üçüncü ən çox axtarılan ifadə “rizz” olub. “Charisma” sözünün qısaldılmış forması olan bu termin insanın xarizmasını, cazibəsini və flört etmək bacarığını ifadə edir. “Rizz” ifadəsinin YouTuber Kai Cenat tərəfindən populyarlaşdırıldığı qeyd olunur.


Siyahıda daha sonra “cap” və “no cap” ifadələri yer alıb. “Cap” yalan, şişirtmə və ya həqiqətə uyğun olmayan fikir, “no cap” isə “yalan deyil”, “ciddi deyirəm” və ya “həqiqətən” mənasında istifadə olunur. “Mog” ifadəsi isə kimisə, xüsusilə görünüş, geyim və fiziki xüsusiyyətlər baxımından üstələmək mənasını daşıyır.


Digər geniş yayılan ifadələrdən biri “bop”dur. Əvvəllər əsasən ritmik və yadda qalan mahnını ifadə edən bu söz sonradan xüsusilə qadınlara qarşı təhqiramiz və alçaldıcı ifadə kimi istifadə olunmağa başlayıb.
“Larper” ifadəsi isə əvvəlcə canlı rol oyunlarında iştirak edən şəxslərə aid edilsə də, internetdə sonradan özünü olduğundan fərqli göstərən, saxta obraz yaradan və ya olmadığı biri kimi davranan şəxsləri təsvir etmək üçün işlədilib.


Siyahıda “aura” və “sigma” ifadələri də yer alıb. “Aura” insanın xarizmasını, cool davranışını və başqalarında yaratdığı təsiri ifadə edir. “Aura farming” isə daha diqqətçəkən və cool görünmək üçün bilərəkdən müəyyən davranışlar nümayiş etdirmək mənasında işlənir. “Sigma” isə müstəqil, özünə güvənən və sosial iyerarxiyalara əhəmiyyət verməyən insanı təsvir etmək üçün istifadə olunur.


Ən çox axtarılan 10-cu ifadə “crash out” olub. Bu termin emosional böhran keçirmək, özünü itirmək, ciddi emosional eniş yaşamaq və ya əsəbdən partlamaq mənasında işlədilir.


“Unscramblerer”in nümayəndəsi Randoh Sallihal bildirib ki, jarqondan istifadə sosial siqnaldır və insanların hansı sözləri axtarması onların müəyyən mədəni anlayışları başa düşməyə və həmin mühitə qoşulmağa çalışdığını göstərə bilər.


Onun sözlərinə görə, jarqon internetdə yaranan təsadüfi ifadələr toplusu kimi görünsə də, insanların kimliklərini formalaşdırmasına və müəyyən sosial qrupa aidlik hissi yaratmasına kömək edir.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR