Tərk edilmiş kənddə tək yaşayır: Həyat hekayəsi hamını təəccübləndirdi

Tərk edilmiş kənddə tək yaşayır: Həyat hekayəsi hamını təəccübləndirdi
Kateqoriya məlum deyil
T

İspaniyada 58 evdən ibarət, uzun illərdir tərk edilmiş kəndə köçən Fernand fərqli həyat tərzi ilə diqqət çəkir. Kirayə xərci olmayan və ayda 1500 avro (təxminən 3 000 manat) qazanan kişi şəhər həyatının səs-küyündən uzaqda, tamamilə tək yaşayır.

Sfera.az xəbər verir ki, İspaniyanın Soriya bölgəsində yerləşən Benamira kəndində vaxtilə 200-ə yaxın insan yaşayıb. Lakin illər ərzində kənd sakinləri ərazini tərk edib və nəticədə burada 58 boş ev qalıb.

Fernand 17 il əvvəl tamamilə boşalmış kəndə köçüb. Hazırda isə bir vaxtlar insanların yaşadığı böyük kəndin yeganə sakini kimi həyatını davam etdirir.

Fernand ailəsinə məxsus evdə yaşadığı üçün kirayə haqqı ödəmədiyini deyir. Onun sözlərinə görə, ayda 1500 avro (təxminən 3 000 manat) gəliri var və şəhərlə müqayisədə yaşayış xərcləri olduqca aşağıdır.

O, elektrik enerjisinə təxminən 40 avro (80 manat), internet və telefon xidmətlərinə 50 avro (100 manat) xərcləyir. Kənddə market olmadığı üçün alış-veriş etmək məqsədilə avtomobillə ən yaxın yaşayış məntəqəsinə gedir və yanacağa ayda təxminən 300 avro (600 manat) ödəyir. Bütün xərclərə baxmayaraq, ayın sonunda gəlirinin əhəmiyyətli hissəsinin əlində qaldığını bildirir.

Tək yaşamasına baxmayaraq, Fernand vaxtını kifayət qədər aktiv keçirir. Həftə içi evindən 15 dəqiqəlik məsafədə yol təmiri işində çalışır. Boş vaxtlarında qaçışla məşğul olur, tərəvəz bağına qulluq edir və tekvando ilə məşğul olur.

Bundan əlavə, kənd həyatından bəhs edən yumoristik monoloqlar da yazır. Təkliyə alışdığını deyən Fernand vəziyyətini zarafatla belə ifadə edir: “Danışmağa heç kim olmayanda məcbur olub öz-özümlə danışıram.”

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR