Kardaşyana 1 avro təzminat verildi

Kardaşyana 1 avro təzminat verildi
Kateqoriya məlum deyil
T

Paris məhkəməsi 2016-cı ildə baş verən silahlı qarətə görə amerikalı televiziya ulduzu Kim Kardaşyana simvolik olaraq 1 avro təzminat ödənilməsinə qərar verib.

Sfera.az xəbər verir ki, məhkəməyə müraciət Kardaşyanı silahlı şəkildə qarət edən və hadisəyə görə məhkum olunan şəxslərə qarşı təqdim edilib. Hücum zamanı onun əlləri bağlanıb və zinət əşyaları oğurlanıb.

Kardaşyan məhkəmədə verdiyi ifadəsində hadisə zamanı öldürüləcəyinə əmin olduğunu bildirib. Buna baxmayaraq, o, cinayətin əsas təşkilatçısı kimi tanınan 69 yaşlı Aomar Ayd Kedaşini, “Qoca Ömər” ləqəbli şəxsi bağışladığını deyib.

Qeyd edək ki, 2016-cı ildə baş verən qarət zamanı Kardaşyanın təxminən 10 milyon avro dəyərində zinət əşyaları oğurlanıb. Oğurlanan əşyaların hamısını geri qaytarmaq indiyədək mümkün olmayıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR