ABŞ İsrailə 2,8 milyard dollarlıq silah satmağa hazırlaşır

ABŞ İsrailə 2,8 milyard dollarlıq silah satmağa hazırlaşır
Kateqoriya məlum deyil
T

ABŞ İsrailə ümumi dəyəri 2,8 milyard dollar olan silah-sursat satmağı planlaşdırır.

Sfera.az xəbər verir ki, bu barədə "Reuters" məlumatlı mənbəyə istinadən yazıb.

Anonim qalmaq şərtilə danışan mənbə bildirib ki, yeni silah paketinə böyük dağıdıcı gücə malik on minlərlə bomba daxil olacaq.

Məlumata görə, planlaşdırılan satışla bağlı Konqresin silah satışına dair iri müqavilələrə nəzarət edən müvafiq komitələrinə qeyri-rəsmi məlumat verilib.

Paketə 20 min ədəd MK-84 və 20 min ədəd BLU-117 tipli bomba daxil olacaq.

Bildirilir ki, satışın həyata keçirilməsi üçün növbəti prosedurların tamamlanması gözlənilir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR