Zelenskiyə çağırış: “Putinlə görüşmək istəyirsə, Moskvaya getməlidir”
Britaniyalı hərbi analitik Aleksandr Merkuris Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə sülh sazişi bağlamağa həqiqətən hazır olduğu təqdirdə Moskvaya səfər etməli olduğunu bildirib.
Sfera.az xəbər verir ki analitik bu barədə özünün “YouTube” kanalında yayımladığı çıxışında danışıb.
Merkuris qeyd edib ki, Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyətindədirsə, Moskva Ukrayna liderini qəbul etməyə hazırdır.
“Putinlə görüşmək üçün qəti niyyət varsa, buyursunlar, Zelenskini Moskvada qəbul etməyə hazırdırlar”, – deyə o bildirib.
Britaniyalı analitikin sözlərinə görə, Avropa ölkələri bu məsələ ilə bağlı razılığa gələ bilsələr, bu, diplomatik prosesdə ciddi irəliləyişə səbəb ola və Rusiya ilə real danışıqların başlanmasına yol aça bilər.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Zelenskinin Putinlə görüşmək istədiyi halda Moskvaya gəlməli olduğunu bildirmişdi. Lavrov Ukrayna Prezidentinin Rusiyaya səfəri zamanı təhlükəsizliyinin təmin ediləcəyini vurğulamışdı.
Fatimə






